На главную Russian version English version Ana sehife Elaqeler Haqqimizda Mehsullar Xidmetler Yükləmələr Elageler
 
 
 
Nərmin firması WIKA alman şirkətinin ticarət partnyorudur.

Biz bazarda yoxlama ölçü cihazları, mühit ayırıcıları, elektrokontakt manometrləri, monometrik və biometallik termometrləri, yüksək təzyiq manometrlərini, təzyiq və temperatur dəyişdiriciləri, sənaye termometrləri, neft, qaz, kimya və yeyinti sənayesi cihazlarını satırıq.

Manometrlər.

Artıq, absolyut və diferensial təzyiqin ölçülməsi üçün manometrlər. Manometrlər elektrokontaktlarla, təzyiq ötürücü qurğular və standart çıxış elektrik siqnalları ilə olan Holl vericiləri ilə təchiz edilə bilər. Vibrasiya və pulsasiyanın göstəricilərə təsirini azaldan və xidmət müddətini artıran hidrodoldurma ilə olan korpus manometrlərinin göndərilməsi mümkündür.

Kalibratorlar.

WIKA təzyiq və temperatur ölçü vasitələrinin qurulması, kalibrlənməsi, sökülməsi üçün lazım olan servis alətini geniş diapazonda təqdim edə bilər. Servis qurğuları çeşidinə həmçinin Easy Cal 32 kalibrləmə proqram təminatı və Thermo Cal proqram təminatı daxildir.

Mexaniki temperatur ölçü vasitələri.

Temperatur – bu homogen maddənin hərarət vəziyyətinin qiymətidir, yəni onun molekullarının orta kinetik enerjisinin miqdarıdır. İki cisim arasında sıx temperatur əlaqəsi ona görə lazımdır ki, onlar eyni temperaturu qəbul etsinlər (temperaturun tarazlaşdırılması). Ölçülən cisim termometrlə mümkün qədər maksimal sıx əlaqədə olmalıdır. Məlum temperatur ölçmə metodları temperaturdan asılı olaraq dəyişən maddə və cisimlərin xassələrinə əsaslanır. Biz aşağıdakı prinsiplər əsasında işləyən termometrlər hazırlayırıq: bimetallik termometrlər, manometrik termometrlər.

Temperaturun ölçülməsi üçün elektron cihazlar.

WIKA geniş diapazonda temperatur ölçmə və yoxlama elektron vasitələrini təqdim edir. Biz termoparlar, müqavimət termometrləri, analoq və rəqəmi normalaşdırıcı dəyişdiriciləri, indikatorları, tənzmçiləri və kalibratorları təqdim edirik.

Termoparlar

Termopar elə bir temperatur vericisidir ki, temperatura proporsional olan gərginlik siqnalı onun çıxışından bilavasitə çıxarılır. Bu zaman əlavə təchiz etmə mənbəyi tələb edilmir, belə ki, çıxış gərginliyi metalların termoglektrik xassələri nəticəsində yaranır. Temperaturdan asılı olaraq müxtəlif termopar tipləri təklif olunur. WIKA firması həm bilavasitə kabel ötürməsi ilə, həm də sıxacla olan qoruyucu başlıqlı termoparlar istehsal edir.

Şirkətin rəsmi saytı: www.wika.de













Site by DreamArt © 2006